Azərbaycan milli komandasının futbolçusu Türkiyə klubu ilə anlaşdı

Azərbaycan milli komandasının futbolçusu Türkiyə klubu ilə anlaşdı

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Mediasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı hücumçu 1-ci Liqa təmsilçisi "Ankaragücü" ilə anlaşıb.

Ötən mövsümün sonunda Superliqanı tərk edən paytaxt komandasının forvardla bugünlərdə icarə müqaviləsi bağlayacağı qeyd edilib.

Xatırladaq ki, ötən mövsümü də icarə əsasında Türkiyədə oynamış Renat Superliqada "Hatayspor"un formasını geyinib.

İsveçrənin "Qrasshopper" klubuna məxsus futbolçunun avropalılarla müqaviləsi gələn ilin yayında başa çatacaq.