Azərbaycan millisinin futbolçusu Finlandiya klubunda! - RƏSMİ

Azərbaycan millisinin futbolçusu Finlandiya klubunda! -  RƏSMİ

2022-ci ildən Azərbaycanın futbol üzrə əsas milli komandasında çıxış edən Ozan Can Kökçü Niderlandın 2-ci Liqa klubu "Eyndhoven"dən ayrılıb.

Mediasport.az xəbər verir ki, yığmamızın üzvü karyerasını Finlandiyada davam etdirəcək.

26 yaşlı hücumameylli futbolçu Yüksək Liqa təmsilçisi, ölkənin ən titullu klubu "Helsinki"yə transfer olunub.

Ozan paytaxt komandası ilə 2,5 illik müqavilə imzalayıb.

O, ötən mövsüm "Eyndhoven"də 12 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Kökçü daha əvvəl "Bursaspor", "Girəsunspor", "Sabah", "Telstar" və "Valviyk" klublarında da oynayıb.