"Qarabağ" - "Ludoqores" cütünün məğlub tərəfi üçün PÜŞK atılır
Bu gün futbol üzrə UEFA Avropa Liqasında da pley-off mərhələsinin püşkatması keçiriləcək.
Mediasport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komanda rəqiblərini tanıyacaq.
ÇL-in “Qarabağ” - “Ludoqores” cütünün məğlub tərəfinin də potensial rəqibi müəyyənləşçəcək.
Pley-off raundunun matçları avqustun 22-də və 29-da keçiriləcək.
Avropa Liqası. Pley-off
Səpələnmişlər
"Panatinaikos" - "Ayaks" cütünün qalibi
"Braqa" - “Servett” cütünün qalibi
LASK
"Panevejis" – "Makkabi" Təl-Əviv cütünün qalibi
"Mölde" - "Serkl Brügge" cütünün qalibi
“Krivbass” - “Viktoriya” Plzen cütünün qalibi
"Qarabağ" - "Ludoqores" cütünün məğlubu
"Midtyulland" - "Ferensvaroş" cütünün məğlubu
"Partizan" - "Luqano" cütünün qalibi
"Malmö" - PAOK cütünün məğlubu
"Slovan" - APOEL cütünün məğlubu
“Anderlext”
Səpələnməmişlər
"Trabzonspor" - "Rapid" V cütünün qalibi
"Riyeka" - "Elfsborq" cütünün qalibi
“Beşiktaş”
"Sparta" - "Styaua" cütünün məğlubu
"Klaksvik" - "Borats" cütünün qalibi
"Çelye" – "Şamrok" cütünün qalibi
"Dinamo" Minsk - "Linkoln" cütünün qalibi
"Petrokub" – TNS cütünün qalibi
"Santa Koloma" – RFŞ cütünün qalibi
“Harts”
“Baçka Topola”
"Yagelloniya" - "Bude Qlimt" cütünün məğlubu