Azarkeşlər yenə “Turan Tovuz”un oyununda hədiyyələr qazanacaqlar

Azarkeşlər yenə “Turan Tovuz”un oyununda hədiyyələr qazanacaqlar

Premyer Liqanın 31-ci turunun “Turan Tovuz” - “Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərlər.

2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.

Görüş aprelin 19-u, saat 16:30-da başlanacaq.

Qeyd edək ki, matçdan sonra Tovuz təmsilçisinin tərəfdaşı “İnci Group of Companies” ənənəvi lotereya təşkil edəcək.