Bakıda “Zirə” ilə “Fənərbağça” arasında yoxlama oyunu keçiriləcək
“Zirə” futbol klubu, həmçinin Azərbaycan Mini-futbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.
mediasport.az xəbər verir ki, klubun ofisində keçirilən görüşdə Azərbaycan Mini-futbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri iştirak ediblər.
Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.