"Neftçi"nin gənc hücumçusu Suriya yığması ilə görüşə çağırıldı
Belarus millisinin Suriya və Omanla keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti müəyyənləşib.
mediasport.az xəbər verir ki, baş məşqçi Georgi Kondratyev 23 nəfərlik siyahı tərtib edib.
Yığmaya çağırılanlar sırasında “Neftçi”nin hücumçusu Yeqor Boqomolski də yer alır. 22 yaşlı forvard noyabrın 17-də və 20-dəki qarşılaşmalarda çalışdırıcının sərəncamında olacaq. Komanda ayın 13-də təlim-məşq toplanışı və Suriya ilə oyun üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq.
Boqomolski noyabrın 12-də Premyer Liqanın 14-cü turunda “Qəbələ” ilə keçiriləcək matçdan sonra yığmasının düşərgəsinə yollanacaq.