"Qarabağ", "Neftçi" və "Zirə"də oynadı, Litva klubuna keçdi

"Qarabağ", "Neftçi" və "Zirə"də oynadı, Litva klubuna keçdi

2 dönəm "Qarabağ"da, ondan başqa "Neftçi" və "Zirə"də də oynamış Vild-Donald Geryenin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki,34 yaşlı cinah müdafiəçisi karyerasını Litvada davam etdirəcək.

Haiti yığmasının keçmiş üzvü "Panevejis"lə 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Panevejis" hazırda Yüksək Liqada 27 oyundan sonra 68 xalla liderdir.

Gerye 2018 və 2019-cu illərdə Ağdam təmsilçisi ilə Azərbaycan çempionu olub.