"Qarabağ"dan ayrılıb "Kəpəz"lə müqavilə bağlayan futbolçu "Araz-Naxçıvan"da oynayacaq - RƏSMİ
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.
MediaSport.az xəbər verir ki, “Qarabağ” klubunun yetirməsi olan Zamiq Əliyev qarşıdakı bir il ərzində Naxçıvan təmsilçisinin formasını geyinəcək.
Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi müxtəlif illərdə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində yer alıb. Bu gün tibbi müayinədən keçən müdafiəçi komandanın Qəbələdəki toplanışına qoşulacaq.
Qeyd edək ki, Əliyev iyulun 5-də azad agent statusu ilə "Kəpəz"lə 2 illik müqavilə bağlamış və Gəncə klubu bunu sosial şəbəkə hesabları vasitəsilə açıqlamışdı.