"Neftçi"dən "Səbail"də çalışan Mirbağır İsayevə yubiley hədiyyəsi

"Neftçi"dən "Səbail"də çalışan Mirbağır İsayevə yubiley hədiyyəsi

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov veteran futbolçu Mirbağır İsayevi 50 illik yubileyi münasibətilə təbrik edib.

Mediasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 1993-1995-ci illərdə “Neftçi”də çıxış etmiş İsayev “ağ-qaralar”la Azərbaycan Kubokunun (1995) və Superkubokunun (1995) qalibi olub.

Təcrübəli mütəxəssis "Neftçi"nin əsas komandasında məşqçi, akademiyada isə baş məşqçi kimi də çalışıb.

İsayev hazırda “Səbail” akademiyasının koordinatoru vəzifəsində çalışır.