UEFA "Qarabağ" və Qurban Qurbanovdan yazı dərc edib
UEFA-nın rəsmi saytında "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi - Portuqaliyanın “Braqa” klubu ilə qarşıdakı duelləri barədə məqalə dərc edilib.
Mediasport.az xəbər verir ki, yazıda pireneylilərin 2010/2011-ci illər mövsümündə bu yarışın finalçısı olmaları xatırlanıb, cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində bir qələbə belə, qazana bilməmələrindən söz açılıb.
"Braqa" Çempionlar Liqasında qalib gələ bilmədi. Amma rəqiblərin "Napoli" və "Real"ın olduğunu xatırlasaq, bunu bağışlamaq olar. 2008-ci ildən avrokuboklarda çıxış edən "Qarabağ" və baş məşqçisi Qurban Qurbanov Portuqaliyaya sonuncu dəfə 2018-ci ilin sentyabrında - "Sportinq"ə 0:2 hesabı ilə məğlub olduqları vaxt səfər edib. “Qarabağ”ın hazırkı heyətində Portuqaliyada olan oynamış çoxlu cənubi amerikalı futbolçular var”.
Qeyd edək ki, "Qarabağ"ın “Braqa” ilə ilk matçı fevralın 15-də Portuqaliyada, cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.