"Qarabağ" - "Qəbələ" oyununun təxirə salınma səbəbi açıqlanıb

"Qarabağ" - "Qəbələ" oyununun təxirə salınma səbəbi açıqlanıb

Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata görə, Premyer Liqanın 23-cü turunun "Qarabağ" - "Qəbələ" oyunu təxirə salınıb.

Mediasport.az xəbər verir ki, "köhlən atlar"ın rəsmi müraciəti və "qırmızı-qaralar"ın razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.

Matçın hansı tarixdə baş tutacağı ilə bağlı hələlik qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə keçiriləcək.

Xatırladaq ki, 23-cü turun digər oyunları fevralın 17-18-də baş tutacaq.