Millimizin Qazaxıstan və Albaniya ilə matçları macarlara tapşırıldı
Futbol üzrə Azərbaycan milli komandasının iyunda keçirəcəyi yoldaşlıq oyunlarının hakimləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Macarıstanda baş tutacaq yoxlama matçlarında yığmamız Albaniya və Qazaxıstanla qarşılaşacaq.
Görüşləri yerli hakimlər idarə edəcəklər.
7 iyun
Albaniya - Azərbaycan
Baş hakim: Mihali Kaprali
Baş hakimin köməkçiləri: İştvan Albert, Gerqo Vic-Tarsonyi
Dördüncü hakim: İştvan Vad
“Haladaş Sport Kompleks”. Saat 21:00
11 iyun
Azərbaycan - Qazaxıstan
Baş hakim: Bençe Şonka
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Şalai
Dördüncü hakim: Reka Molnar
“Haladaş Sport Kompleks". Saat 18:00