Zlatan İbrahimoviç Azərbaycanla matç üçün yığmaya çağırıldı
AÇ-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərini qəbul edəcək futbol üzrə İsveç yığmasının heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, baş məşqçi Yanne Andersson 26 futbolçuya dəvət göndərib.
Maraqlıdır ki, skandinavların 60 yaşlı çalışdırıcısı ölkə futbolunun canlı əfsanəsi, “Milan”ın 41 yaşlı hücumçusu Zlatan İbrahimoviçi də yenidən milliyə çağırıb.
Qapıçılar: Kristoffer Nordfeldt (AIK), Robin Olsen, (“Aston Villa”, İngiltərə), Viktor Yohansson (“Roterham Yunayted”, İngiltərə);
Müdafiəçilər: Emil Holm (“Spetsiya”, İtaliya), Ludvig Auqustinsson (“Malyorka”, İspaniya), Hyalmar Ekdal (“Bernli”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Hein (“Verona”, İtaliya), Joel Andersson (“Midtülland”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa) Edvin Kurtuluş (“Hammarbü”), Karl Starferlt (“Seltik”, Şotlandiya);
Yarımmüdafiəçilər: Yesper Karlsson (“AZ Alkmaar”, Niderland), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtülland”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa);
Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Quayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Anthoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri”, İngiltərə)
İsveç millisi martın 24-də Solna şəhərində Belçika, üç gün sonra Azərbaycan yığmasını qəbul edəcək.