"Antalyaspor"u məğlub edən "Sabah" Türkiyədə çempion oldu
"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup" beynəlxalq turnirində çempion olub.
Mediasport.az xəbər verir ki, təmsilçimiz turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandaları ilə heç-heçə edib, "Ortacı Esnaf" (Türkiyə) komandasına qalib gəlib (4:2).
Şahin Zeynalovun baş məşqçisi olduğu kollektiv 1/4 finalda Türkiyənin "Antalya" (3:0), yarımfinalda isə "Kepezaltı" komandasını (2:1) məğlub edərək finala vəsiqə qazanıb.
U-14 həlledici dueldə "Antalyaspor"la qarşılaşıb.
Əsas vaxtı qolsuz bərabərliklə başa çatan oyunun penaltilər seriyasında daha dəqiq olan "Sabah" yarışın baş mükafatına sahib çıxıb.