"Qarabağ"ın qələbəsi reytinqdə Azərbaycanı Rusiyaya yaxınlaşdırdı

 "Qarabağ"ın qələbəsi reytinqdə Azərbaycanı Rusiyaya yaxınlaşdırdı

"Qarabağ" Çempionlar Liqasında növbəti qələbə ilə Azərbaycanın UEFA reytinqini bir qədər də yaxşılaşdırıb.

Mediasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası yarışın 2-ci təsnifat mərhələsinin cavab matçında Cəbəllütariqin “Linkoln” klubuna qalib gələrək (5:0) ölkəmizin hesabına daha 0,25 xal yazdırıb.

Reytinqdə 24-cü yerdə qərarlaşan Azərbaycan son beş ildə ümumilikdə 18.000 xal qazanıb.

Rusiya 18.299 əmsalla 23-cüdür. 17.875 xalla 25-ci sırada yer alan Slovakiyadan isə bir qədər də uzaqlaşmağa nail oluruq.

"Zirə", "Sabah" və "Sumqayıt"ın da avrokuboklarda çıxış etdiklərini və Rusiya təmsilçilərinin yarışlardan kənarlaşdırıldığını nəzərə alsaq, yaxın vaxtda reytinqdə bu ölkəni geridə qoyacağımız gözləniləndir.

Cədvələ 89.160 xalla İngiltərə başçılıq edir.