Əvəzedicilər Liqası: "Neftçi" və "Qəbələ"dən rekord, "Sabah"dan ilk
Futbol üzrə Əvəzedicilər Liqasında mükafatçılar məlum olub.
Mediasport.az xəbər verir ki, XXXV turun oyunlarından sonra bütün medallar sahiblərini tapıb.
12 ildən sonra əvəzedicilərin çempionu olan “Neftçi”nin ikinci komandası yeni rekorda imza atıb. Bakı klubu 3 qızıl medal qazanan ilk komanda olub.
“Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Bakı”nın əvəzediciləri iki çempionluq qazanıb.
Bu 4 komandadan başqa, OİK (indiki MOİK), “Qəbələ” və “Səbail”in də “ikinciləri” qızıl medala sahib çıxıb.
İkinci yeri tutan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə 5-ci gümüşü əldə edib. Bu, komandanın 8-ci medalıdır. Qəbələlilər bu göstəricidə rekorda imza atıb.
“Sabah” isə mövsümü bürünclə bitirib. Bu, komandanın ilk belə uğurudur.
Qeyd edək ki, fasilələrlə keçirilən əvəzedicilərin çempionatı 12-ci dəfə təşkil olunub.
mövsüm |
çempion |
II yer |
III yer |
1997/98 |
OİK |
Neftçi |
Kəpəz |
2008/09 |
Neftçi |
Qarabağ |
Bakı |
2009/10 |
Qarabağ |
İnter |
Qəbələ |
2010/11 |
Bakı |
Turan |
Qəbələ |
2011/12 |
Neftçi |
Qəbələ |
İnter |
2012/13 |
Bakı |
Simurq |
Neftçi |
2013/14 |
İnter |
Qəbələ |
Simurq |
2014/15 |
İnter |
Simurq |
Neftçi |
2015/16 |
Qəbələ |
Qarabağ |
Sumqayıt |
2016/17 |
Qarabağ |
Qəbələ |
Neftçi |
2017/18 |
Səbail |
Qəbələ |
Zirə |
2023/24 |
Neftçi |
Qəbələ |
Sabah |