20-ci tur Renatın komandasının oyunu ilə başlayacaq - Superliqa
Bu gün Türkiyə Superliqasında 20-ci tura start veriləcək.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 5 qarşılaşmanın keçirilməsi planlaşdırılır.
Futbol üzrə Azərbaycan milli komandasının üzvləri Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" növbəti oyununu səfərdə və Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" isə evdə keçirəcək.
Adana klubu ölkə çempionatının turnir cədvəlində 29 xalla beşinci, Hatay təmsilçisi isə 20 xalla 16-cı pillədə qərarlaşıb.
Türkiyə Superliqası. 20-ci tur
14:30 "Hatayspor" - "Pendikspor"
14:30 "Ankaragücü" - "Kasımpaşa"
17:00 "Başakşəhər" - "Alanyaspor"
20:00 "Rizəspor" - "Adana Dəmirspor"
20:00 "Beşiktaş" - "Fatih Karagümrük"