Abdullah Zubir "Qarabağ"dan gedir? - Fransa və ərəb klubları...

Abdullah Zubir "Qarabağ"dan gedir? - Fransa və ərəb klubları...

2018-ci ildən "Qarabağ"da çıxış edən Abdullah Zubir Ağdam təmsilçisindən ayrıla bilər.

Mediasport.az xəbər verir ki, Fransa Liqa 1 klublarından biri və Səudiyyə Ərəbistanının "Əl-Riya" klubu 32 yaşlı futbolçunu transfer etmək istəyir.

Fransa mətbuatının məlumatına əsasən, bu iki klub qışda mərakeş əsilli vingeri heyətinə qatmaq üçün bugünlərdə Azərbaycan çempionuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, Zubirin "atlılar"la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, Ağdam təmsilçisinin heyətində 219 oyun keçirib, 49 qol vurub.