"Qarabağ" üçün Milli Qəhrəman Allahverdi Bağırovun adı ilə başlanan yeni marş hazırlanıb
"Qarabağ" futbol klubunun rəsmi dəstəkçisi “Final” çay Ağdam klubu üçün maraqlı layihəyə imza atıb.
Mediasport.az xəbər verir ki, brend marka “köhlən atlar”ın azarkeşləri üçün yeni marş hazırlatdırıb.
Videoçarxın Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş, Ağdamın əfsanəsi və “Qarabağ” futbol klubunun baş məşqçisi olmuş Milli Qəhrəman Allahverdi Bağırovun adı ilə başlayır.
Marşın hər sətrində milli-mənəvi dəyərlərimizə yer verilib. Dəqiq ritmləri və təntənəsi ilə tribunalarda coşqu yaradacaq bu musiqi əsəri daşıdığı vətənpərvərlik mesajları ilə ruh yüksəkliyinə səbəb olacaq.
Sevilən bəstəkar Turan Manafzadə tərəfindən ərsəyə gətirilən “Finalda qazandıq” marşının musiqisinin emosionallığı ilə vətənpərvər sözləri mükəmməl vəhdət təşkil edir.
İlk dəfə Xankəndi şəhərində təşkil edilən “Qarabağ” - MOİK görüşündə səsləndirilən marş azarkeşlər tərəfindən maraqla qarşılanıb.