Azərbaycanlı futbolçuların formaları xeyriyyə məqsədilə hərraca çıxarıldı
Azərbaycanlı futbolçuların formaları xeyriyyə məqsədilə hərraca çıxarılıb.
mediasport.az xəbər verir ki, bu addım Avropa Klublar Assosiasiyasının (ECA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə layihəsi çərçivəsində həyata keçirilib.
"Qarabağ"dan İsmayıl İbrahimli, "Neftçi"dən Emin Mahmudov və "Qəbələ"dən Asif Məmmədovun imzalı formaları auksionda satılacaq.
Formaların satışından əldə olunacaq məbləğ Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkən insanlara sərf ediləcək.