Tanınmış iş adamı "Neftçi"yə 1 milyon manat yardım etdi
"Rahat" mağazalar şəbəkəsi "Neftçi"nin tərəfdaşları sırasına daxil olub.
Mediasport.az Sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt klubunun ev oyunlarını keçirdiyi "Neftçi Arena"da sözügedən ticarət brendinə aid bannerləri görə biləcəyik.
Bu təşəbbüs "ağ-qaralar"ın özündən gəlib. Əməkdaşlığın özəyi necə qurulub, bunun özü də maraqlıdır.
Belə ki, ötən mövsümün son aylarında maliyyə sıxıntısı çəkən "Neftçi"nin rəhbərliyi kömək üçün Adnan Əhmədzadəyə müraciət edib.
Hazırda iş adamı kimi tanınan SOCAR-ın sabiq vitse-prezidenti isə çağırışa müvafiq reaksiya verib, 1 milyon manat yardım göstərib.
Bakılı rəsmilər də jestə qarşılıq olaraq, Əhmədzadəyə kurasiyasındakı "Rahat"ın bannerlərini stadionda yerləşdirəcəyi barədə məlumat verib.