"Park Bulvar"da "Qarabağ" üçün izdiham yaşandı - FOTOLAR

"Park Bulvar"da "Qarabağ" üçün izdiham yaşandı - FOTOLAR

"Qarabağ”ın futbolçularının klubun "Park Bulvar"da yerləşən fan-şopunda imza mərasimi baş tutub.

Mediasport.az xəbər verir ki, futbolçularla görüşdə izdiham yaşanıb.

Çox sayda azarkeş Ağdam klubunun üzvləri - Bəhlul Mustafazadə, Abdulla Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina ilə şəkil çəkdirməyə, onlardan imza almağa təşrif buyurub.

Adıçəkilən oyunçular xeyli azarkeşlə görüşüb avtoqraf versə də, axın davam edib.

Klubun fan-şopunda xüsusi aksiya da keçirilib və orada mayka alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə edilib.

Qaliblər püşkatma yolu ilə seçilib və hər bir forma "Qarabağ"ın oyunçuları tərəfindən imzalanıb.

İnsan selinin gözləniləndən çox olduğunu görən klub idarəçiləri təhlükəsizlik baxımından tədbiri erkən başa vurublar.


Fotolar "Futbolxeber.az" saytına məxsusdur.