"Qarabağ"ın legionerləri ölkələrinin yığmalarına dəvət alıblar
"Qarabağ"ın 4 legioneri növbəti dəfə ölkələrinin yığma komandalarına dəvət alıblar.
Mediasport.az xəbər verir ki, onlar yoldaşlıq və seçmə mərhələ görüşləri üçün millilərinin düşərgələrinə çağırılıblar.
Marko Yankoviçli Monteneqro millisi oktyabrın 12-də Livan ilə beynəlxalq yoldaşlıq, oktyabrın 17-də AVRO-2024-ün seçmə mərhələsində Serbiya ilə qarşılaşacaq.
Luka Quqeşaşvinin çıxış etdiyi Gürcüstan seçməsi oktyabrın 12-də Tailandla beynəlxalq yoldaşlıq, oktyabrın 15-də isə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Kiprlə üz-üzə gələcək.
Leandro Andrade və Patrik Andradenin formasını geyindiyi Kabo Verde millisi isə oktyabrın 12-də Əlcəzair, 5 gün sonra Komor adalarına qarşı yoldaşlıq matçları keçirəcək.