"Qəbələ" "Qarabağ"a qarşı, "Neftçi" "Turan Tovuz"u qəbul edir

"Qəbələ" "Qarabağ"a qarşı, "Neftçi" "Turan Tovuz"u qəbul edir

Azərbaycan Premyer Liqasında bu gün 25-ci tura yekun vurulacaq.

mediasport.az xəbər verir ki, tur iki qarşılaşma ilə başa çatacaq.

Turun ilk - "Zirə" - "Şamaxı" görüşündə heç-heçə (2:2) qeydə alınıb. "Sumqayıt" "Səbail"i (1:0), "Sabah" isə "Kəpəz"i məğlub edib - 2:0.


Azərbaycan Premyer Liqası. 25-ci tur


17:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu


19:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bakcell Arena”