"Neftçi" - "Qarabağ" oyununun stadionu dəyişdirildi - RƏSMİ

"Neftçi" - "Qarabağ" oyununun stadionu dəyişdirildi - RƏSMİ

Azərbaycan Premyer Liqasının 7-ci turunda keçirilməsi nəzərdə tutulan "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib.

Mediasport.az xəbər verir ki, "ağ-qaralar"ın ev oyunlarını keçirdiyi "Neftçi Arena"da təmir və yenidənqurma işləri başa çatmadığına görə paytaxt təmsilçisi "Qarabağ"la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

"Köhlən atlar"ın rəsmi razılığını da nəzərə alan qurum 7-ci turda baş tutacaq "Neftçi" - "Qarabağ" görüşü ilə 15-ci turun "Qarabağ" - "Neftçi" matçının yerini dəyişdirib.

Qarşılaşma sentyabr 20-də, "Azərsun Arena"da keçiriləcək və saat 20:00-da başlanacaq.