"Sabah"ın baş məşqçisi Murad Musayev istefa verib - RƏSMİ
"Sabah"ın baş məşqçisi Murad Musayev istefa verib.
Mediasport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabı vasitəsilə məlumat verilib.
Musayev "Sabah" rəhbərliyi ilə görüşüb və vəzifəsindən ayrılmaqla bağlı istəyini dilə gətirib. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Xatırladaq ki, Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi fəaliyyət göstərib. "Bayquşlar" rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət).
"Sabah" ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vurub və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Klub Murad Musayevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.