"Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı

"Qarabağ"ın oyununun biletləri 3 manatdan satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Səbail" oyununun biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər biletləri bu gündən etibarən onlayn şəkildə əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

"iTicket.az"da onlayn satılan biletləri matç günü “Azərsun Arena”nın kassasından da almaq mümkün olacaq.

Qarşılaşma 19:00-da başlanacaq.

Stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.