Millinin sabiq futbolçusu: "Fabio Kapello kimi, Kurban Berdıyev də maksimum sərt və tələbkar idi"

Millinin sabiq futbolçusu: "Fabio Kapello kimi, Kurban Berdıyev də maksimum sərt və tələbkar idi"

Rusiya milli komandasının sabiq futbolçusu Aleksandr Ryazançev yerli mətbuata maraqlı açıqlama verib.

Mediasport.az xəbər verir ki, veteran yarımmüdafiəçi vaxtilə "Rubin"də baş məşqçisi olmuş Kurban Berdıyevi məşhur italyan Fabio Kapello ilə müqayisə edib.

2006-2013-cü illərdə tatarıstanlı mütəxəssisin rəhbərliyi altrında oynamış Ryazançev hazırda "Turan Tovuz"u çalışdıran Berdıyevin çox sərt məşqçi olduğunu deyib:

"Fabio Kapello tanıdığım ən sərt yeganə məşqçi deyil. Bu siyahıya Kurban Berdiyevi də əlavə etmək olar. Onun dövründə də nizam-intizam çox sərt idi. Bəli, Kapello kimi, Berdıyev də maksimum tələbkar idi".

Xatırladaq ki, Ryazançev 2012-20154-ci illərdə Rusiya yığmasının "sükan"ı arxasında olmuş italiyalının rəhbərliyi altında 5 milli matçda forma geyinib.