"Kəpəz" Tovuzda "Sabah"a, "Araz-Naxçıvan" Bakıda "Səbail"ə uduzdu

"Kəpəz" Tovuzda "Sabah"a, "Araz-Naxçıvan" Bakıda "Səbail"ə uduzdu

Bu gün futbol üzrə Azərbaycan premyer Liqasında 31-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

İlk görüş Tovuzda "Kəpəz"in ev sahibliyi ilə reallaşıb.

"Araz-Naxçıvan"ın isə Bakıda növbəti məğlubiyyəti reallaşıb.

Turun əvvəlki qarşılaşmalarında "Sumqayıt" "Turan Tovuz"u (4:1), "Zirə" "Neftçi"ni (3:1) məğlub edib, "Qarabağ" "Qəbələ" ilə bərabərə (2:2) qalıb.


Azərbaycan Premyer Liqası. 31-ci tur


16:30. “Kəpəz” - “Sabah” 1:2

Qollar: Olavale Onanuqa, 62 - Kahim Parris, 12, İshak Belfodil, 34.

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Tovuz şəhər stadionu

"Kəpəz": 96. İqor Rodriqes, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov.

Baş məşqçi: Adil Şükürov.

"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.

Ehtiyat oyunçular: 16. Rustam Samigullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh.

Baş məşqçi: Krunoslav Renduliç.


19:00. “Araz-Naxçıvan” - “Səbail” 0:2

Qollar: Aleksandr Ramalinqom, 32-pen., Yusif Nəbiyev, 72.

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Liv Bona Dea Arena”



1 Qarabağ 31 23 4 4 85-31 73
2 Zirə 31 13 10 8 29-19 49
3 Sumqayıt 31 12 11 8 32-34 47
4 Neftçi 31 13 8 10 40-33 47
5 Sabah 31 13 7 11 44-38 46
6 Səbail 31 11 9 11 47-49 42
7 Turan Tovuz 31 11 9 11 47-44 42
8 Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9 Kəpəz 31 8 7 16 36-59 31
10 Qəbələ 31 4 5 22 23-60 17