"Araz-Naxçıvan"ın braziliyalı futbolçusu əməliyyat edildi
"Araz-Naxçıvan" klubunun futbolçusu Karlos Jatoba əməliyyat olunub.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb.
Oyunçu avqustun 27-də Bakıya qayıdacaq.
Qeyd edək ki, braziliyalı mövsümün ilk oyununda “Qarabağ”a qarşı (1:4) forma geyinib.