"Qəbələ"də 2 itki
“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Turan Tovuz”u qəbul edəcək.
Mediasport.az xəbər verir ki, ev matçının son hazırlığına “qırmızı-qaralar”ın 2 futbolçusu qatılmayıb.
Fares Abu Akel və Emil Səfərov bərpa prosesini davam etdirirlər.
Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Turan Tovuz” görüşü saat 16:00-da başlanacaq.