"Qarabağ"ın 7-ci tur oyununun biletləri bu gün satışa çıxarılacaq

"Qarabağ"ın 7-ci tur oyununun biletləri bu gün satışa çıxarılacaq

Azərbaycan Premyer Liqasının 7-ci turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri bu gün 17:00-da iticket.az-da onlayn şəkildə satışa çıxarılacaq.

Mediasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.