"Turan Tovuz"un futbolçusu Millətlər Liqasında oynayacaq

"Turan Tovuz"un futbolçusu Millətlər Liqasında oynayacaq

"Turan Tovuz"un futbolçusu Denis Marandiçi növbəti dəfə Moldova millisinə dəvət alıb.

Mediasport.az xəbər verir ki, müdafiəçi qarşıdakı 2 oyunda yığmanın sərəncamında olacaq.

27 yaşlı futbolçu sentyabrın 7-də UEFA Millətlər Liqasında Malta, 10-da San Marino ilə keçiriləcək oyunlar üçün Moldova yığmasına çağırılıb.

O, 2020-ci ildən ölkəsinin əsas komandasında çıxış edir, indiyədək 10 oyun keçirib.