"Araz Naxçıvan"da futbolçular tibbi müayinədən uğurla keçdilər

"Araz Naxçıvan"da futbolçular tibbi müayinədən uğurla keçdilər

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” hazırda təlim-məşq toplanışındadır.

MediaSport.az xəbər verir ki, komanda məşqlərini gündə bir dəfə olmaqla Bakıda davam etdirir.

Naxçıvan təmsilçisinin futbolçuları bu gün paytaxtda özəl klinikalardan birində tibbi müayinədən keçiblər.

Qeyd edək ki, klubun strukturu 2 gün əvvəl təsdiqlənib.