"Qarabağ"ın potensial rəqibləri qarşılaşır, Emrelinin Yunanıstan sınağı

"Qarabağ"ın potensial rəqibləri qarşılaşır, Emrelinin Yunanıstan sınağı

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

mediasport.az xəbər verir ki, ilk oyun günündə 7 görüş keçirilcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq.

II raundda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Rakuv" Polşada Kiprin "Aris" klubunu qəbul edəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə Sloveniyada "Olimpiya" ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" - HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

Qeyd edək ki, bu raundun digər 3 oyunu avqustun 9-da keçiriləcək.


UEFA Çempionlar Liqası. III təsnifat mərhələsi. İlk oyunlar


22:00. "Rakuv" (Polşa) - "Aris" (Kipr)

22:00. "Kopenhagen" (Danimarka) - "Sparta" (Çexiya)

22:30. PSV (Niderland) - "Şturm" (Avstriya)

22:45. AEK (Yunanıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

22:45. "Klaksvik" (Farer adaları) - "Mölde" (Norveç)

23:00. "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Braqa" (Portuqaliya) - "Baçka Topala" (Serbiya)