Avropa Liqası: "Qarabağ"ı keçən "Bayer" çətin sınaq qarşısında

Avropa Liqası: "Qarabağ"ı keçən "Bayer" çətin sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçiriləcək.

Mediasport.az xəbər verir ki, cari mövsüm turnirdə kifayət qədər uğurlu çıxış edən Azərbaycan çempionu "Qarabağ"ı mübarizədən kənarlaşdıran Almaniya "Bayer"i (Leverkuzen) "Vest Hem"lə qarşılaşacaq.

İtaliyanın 2 təmsilçisi "Milan" və "Roma" birincilərin stadionunda üz-üzə gələcəklər. İngiltərə nəhəngi "Liverpul" doğma azarkeşlər önündə "Atalanta"nı qəbul edəcək. Fransa "Olimpik"i (Marsel) isə "Benfika"nın qonağı olacaq.

Cavab matçları aprelin 18-də baş tutacaq.

Avropa Liqası. 1/4 final

11 aprel

23:00 "Milan" (İtaliya) - "Roma" (İtaliya)

23:00 "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya)

23:00 "Bayer" (Almaniya) - "Vest Hem" (İngiltərə)

23:00 "Benfika" (Portuqaliya) - "Marsel" (Fransa)