"Onlara ən yaxşısını arzulayıram, amma cümə axşamı yox" - "Lion"un "Qarabağ"da oynayan yetirməsi
"Qarabağ"ın futbolçusu Yassin Benzia Fransa mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi UEFA Avropa Liqa Liqa mərhələsinin "Lion"la keçiriləcək oyunu haqda danışıb.
"Şirlər"in yetirməsi və sabiq futbolçusu keçmiş komandasına qarşı oynamağın xüsusi olacağını bildirib:
"Püşkatma mərasimini evdə televizor qarşısında izləyirdim. Fransa klublarının bizə rəqib olmasını istəyirdim. Bizə "Lion" düşdü, bu, yaxşı oldu. Yetirməsi olduğun klubla üz-üzə gəlmək xüsusidir. Tolisso, Lakazett, Stüard Jerom Reno, fizioterapevt Abdel Redissini görəcəyəm. "Lion"a ən yaxşısını arzulayıram, amma cümə axşamı yox".
Qeyd edək ki, Yassin Benzia "Lion"un yetirməsidir. Təcrübəli oyunçu 2012-2015-ci illərdə Fransa təmsilçisinin əsas komandasında çıxış edib.