"Tofiq Bəhramov" stadionunda qərarları serbiyalı hakim verəcək

"Tofiq Bəhramov" stadionunda qərarları serbiyalı hakim verəcək

UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçına hakim təyinatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Nenad Minakoviç, yan xətdə Nikola Boroviç və Boşko Bojoviç olacaqlar.

Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Görüş saat 21:45-də start götürəcək.