"Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi" - Şinyaşiki

"Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi" - Şinyaşiki

Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi.

Mediasport.az xəbər verir ki, bunu "Neftçi" ilə yollarını ayıran Andre Şinyaşiki şəxsi instaqran hesabında yazıb.

27 yaşlı hücumçu "ağ-qaralar"ın fanatlarına müraciət edib:

"Hörmətli "Neftçi" azarkeşləri, hər şey üçün təşəkkür edirəm. Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi. Bu fürsət mənə verildiyi üçün minnətdar olacağam. Kluba və gözəl tərəfdarlara uğurlar arzulayıram".

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.