Rekordçu komanda "Yuventus"u finala buraxmadı - UEFA Avropa Liqası
Futbol üzrə UEFA Avropa Liqasında 2022/2023-cü illər mövsümünün finalçıları məlum olub.
mediasport.az xəbər verir ki, yarışın rekordçusu, 6 dəfə titula sahib çıxmaqla əlçatmaz olan "Sevilya" növbəti dəfə finala adını yazdırıb. İspaniya klubunun həlledici matçda rəqibi Joze Mourinyolu "Roma" olacaq.
Final matçı mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
UEFA Avropa Liqası. 1/2 final. Cavab oyunları
"Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya) əsas vaxt: 1:1 (ə.v. - 1:0)
Qollar: Suso, 72, Erik Lamela, 95 - Duşan Vlahoviç, 65.
Qırmızı vərəqə: Markos Akunya, 115 ("Sevilya")
Baş hakim: Denni Makkeli (Niderland)
İspaniya, Sevilya. "Ramon Sançes Pisxuan" stadionu. İlk oyun - 1:1.
"Bayer" (Almaniya) - "Roma" (İtaliya) 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Almaniya, Leverkuzen. "Bay Arena". İlk oyun - 0:1.