"Qarabağ", "Neftçi", "Sabah", "Sumqayıt" və "Səbail" cərimələndi

"Qarabağ", "Neftçi", "Sabah", "Sumqayıt" və "Səbail" cərimələndi

AFFA İntizam-Komitəsi Premyer Liqanın 14-cü turunda baş verən neqativ hallara görə 5 klubu cərimələyib.

Mediasport.az xəbər verir ki, "Sumqayıt" "Şamaxı" ilə matçda fanatların meydana kənar əşyalar atması səbəbindən 800 manat ziyana düşüb.

"Neftçi" eyni məbləği "Zirə" ilə qarşılaşmada meydana kənar şəxslərin daxil olması səbəbindən ödəyəcək.

"Səbail" daha çox - 1300 manat cərimə edilib.

Paytaxt təmsilçisinin azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə ediblər, cəzası 500 manatdır.

"Dənizçilər" oyun başa çatdıqdan sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunublar.

"Qarabağ"la "Sabah" 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manatından keçməlidir.