"Qran-pri": 9 təmsilçimizdən yalnız 3-ü medalçılar sırasına düşüb
Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelas şəhərində start götürən "Qran-pri"yə uğurla başlaya bilməyiblər.
Mediasport.az xəbər verir ki, ilk gün tatami üzərinə çıxan 9 medal ümidimizdən yalnız 3-ü nəticə verib.
66 kq çəkidə təmsilçilərimizdən Yaşar Nəcəfov yalnız finalda uduzaraq gümüş medal qazanıb, Kamran Süleymanov isə 3-cü olub.
60 kq-da Turan Bayramov da bürüc medalla kifayətlənib.
Balabəy Ağayev (60 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) uğursuz çıxış ediblər.
Yarışa sabah yekun vurulacaq. Azərbaycan turnirdə 16 cüdoçu ilə təmsil olunur.