DÇ-də medalsız qalan RÜSTƏM: "Məyusedici və ürəkağrıdan hadisədir"
“Nə olursa olsun, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”.
mediasport.az” xəbər verir ki, bu sözləri cüdo millimizin üzvü Rüstəm Orucov yazıb.
Sosial şəbəkə hesabında paylaşım edən idmançımız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında medal qazana bilməməsini məyusedici adlandırıb:
“İlk öncə mənə həqiqətən dəstək olan hər kəsə təşəkkür edirəm. Aylarla davam edən ağır məşq və hazırlıqdan sonra belə halın baş verməsi həqiqətən məyusedici və ürəkağrıdan hadisədir. İndi sadəcə bir-iki gün ara vermək, beynimdəki fikirləri toplamaq və bu vəziyyəti təhlil etmək istəyirəm. Məncə, nə olursa olsun, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir. Sonda qeyd edim ki, hələ heç nə bitməyib və daha güclü qayıdacağam!”.