Tallində daha bir qadın cüdoçumuz Avropa çempionu adını qazandı
Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallinndə keçirilən Avropa çempionatında final görüşlərinə çıxıblar.
Mediasport.az xəbər verir ki, 57 kq çəkidə Fidan Əlizadə gürcüstanlı Nino Loladzeni məğlub edərək qızıl medal qazanıb.
Buna qədər oğlanların yarışında Nizami İmranov (60 kq) gümüş, qızların mübarizəsində Könül Əliyeva (52 kq) çempion olmuşdu.
Xatırladaq ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu Avropa çempionatı 8 sentyabrda başa çatacaq.