Dünya reytinqi: Hidayət liderliyini qorudu, Zelim də 1-ci pilləyə çıxdı
BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatından sonra cüdoçuların yeni reytinqində liderlər müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin iki üzvü öz çəki dərəcələrində dünya sıralamasının 1-ci pilləsində qərarlaşıb.
Ötən ay 1-ci olan Hidayət Heydərov (73 kq) mövqeyini bir qədər də möhkəmləndiribsə, Zelim Kotsoyev (100 kq) Əbu-Dabi mundialının ardından zirvəyə çıxıb.