Azərbaycan və Türkiyənin qaziləri Bakıda keçirilən DÇ-ni izlədilər
Azərbaycan və Türkiyə qaziləri Bakıda keçirilən taekvondo üzrə dünya çempionatını izləyiblər.
mediasport.az xəbər verir ki, mundialı izləyənlər arasında Azərbaycan və Türkiyənin qazilərindən ibarət amputant futbolçuları da yer alıblar.
Qeyd edək ki, Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilən mundiala 145 ölkədən 1000-ə qədər taekvondoçu iştirak edir. Mundialda geridə qalan 4 gündə Azərbaycanın 9 taekvondoçusu yarışıb və hamısı medalsız qalıb.