Qurban Qurbanov AVRO-2024-də bu komandaya azarkeşlik edəcək

 Qurban Qurbanov AVRO-2024-də bu komandaya azarkeşlik edəcək

2023/2024 mövsümündə Azərbaycan Premyer Liqasında fəaliyyət göstərən baş məşqçilər Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüblər.

Mediasport.az xəbər verir ki, mütəxəssislər “Report”a azarkeşlik etdikləri və favorit saydıqları komandaların adlarını açıqlayıblar.

Qurban Qurbanov ("Qarabağ"ın baş məşqçisi): Avropa çempionatında Türkiyə yığmasına azarkeşlik edəcəyəm. Lakin turnirin favoriti kimi İspaniyanı görürəm.

Rəşad Sadıqov (“Zirə”nin baş məşqçisi): AVRO-2024-də, təbii ki, Türkiyəyə azarkeşlik edəcəyəm. Səbrsizliklə onların oyununu gözləyirəm. Hamımız ürəkdən azarkeşlik edəcəyik. Favorit olaraq isə Fransa və Almaniyanı görürəm. Düzdü, İtaliya və İspaniya da var, onları da unutmaq olmaz. Amma daha çox Fransa və Almaniyanı qeyd edərdim.

Krunoslav Renduliç ("Sabah"ın baş məşqçisi): Konkret bir komandanın adını çəkmək çətindir. Çünki adətən titul uğrunda bir neçə komanda mübarizə aparır. Almaniya, İspaniya, Fransa və Portuqaliyanı fərqləndirərdim. Təbii ki, ürəyim Xorvatiya millisi ilə döyünəcək.

Samir Abasov ("Sumqayıt"ın baş məşqçisi): Ukrayna və Xorvatiya millilərinin oyunlarını yaxından izləyəcəyəm. Bu komandalara uşaqlıqdan simpatiyam olub.

Ayxan Abbasov ("Turan Tovuz"un sabiq baş məşqçisi): Azarkeşlik edəcəyim yığma Türkiyə millisi olacaq. Lakin favorit komanda kimi Fransanı görürəm.

Şahin Diniyev ("Səbail"in baş məşqçisi): Qardaş ölkə Türkiyə millisini yaxından izləyəcəyəm. İstərdim ki, uğur qazansınlar. Amma favoritim İspaniyadır.

Elmar Baxşıyev ("Araz-Naxçıvan"ın baş məşqçisi): Portuqaliya millisinin azarkeşiyəm. Lakin favorit komanda olaraq Fransanı görürəm.

Adil Şükürov ("Kəpəz"in baş məşqçisi): İlk növbədə Türkiyəyə azarkeşlik edəcəyəm. İnanıram ki, bacardıqları qədər irəli gedə biləcəklər. Amma Almaniya və İspaniya komandalarını fərqləndirmək istəyərdim. Bu yığmaların oyun üslubunu çox bəyənirəm. Düşünürəm ki, yaxşı mənada yenə təəccüblənəcəyik.

Kaxaber Sxadadze: ("Qəbələ"nin baş məşqçisi): Əlbəttə ki, Gürcüstan millisinin azarkeşiyəm. Lakin favorit kimi gördüyüm yığma Fransadır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-nə qədər Almaniyada keçiriləcək.