Ramil 73 dəqiqə oynayıb, klubu ÇL qrupunda növbəti dəfə uduzub
Azərbaycan yığma komandasının hücumçuus Ramil Şeydayevin şərəfini qoruduğu Tailandın "Buriram Yunayted" klubu Asiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Buriram təmsilçisi 3-cü tur çərçivəsində doğma meydanda Avstraliyanın "Melburn Siti" komandası ilə qarşılaşıb.
73 dəqiqə meydanda olan Şeydayevin komandası qrup liderinə məğlub olub - 0:2.
Aktivində 3 xal olan “Buriram Yunayted” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Ramilin klubu startda Çinin "Jeyzanq" klubuna qalib gəlib (4:1), ikinci turda Yaponiya səfərində “Kofu”ya uduzub (0:1).