Roman Qriqorçuk: "Belə futbol oynamaq olmaz, hər oyundan-oyuna sağlamlığımı itirirəm"
"Bu cür oyunla nəsə gözləmək çətindir. Biz istənilən halda daha yaxşı oynamalıyıq. Son konfransda da demişdim ki, fasilə bizə daha yaxşı təsir edəcək. Amma sözlərimi tuta bilmədim. Buna görə üzr istəyirəm. Bu cür futbola görə hamımız üzr istəməliyik. Belə futbol oynamaq olmaz".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roman Qriqroçuk deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 6-cı turunun "Zirə ilə səfər görüşünü şərh edib. O, 0:2 hesablı məğlubiyyət haqda bunları qeyd edib:
Hamımız görürük ki, hücum xəttində axsayırıq. İstədiyimiz kimi çıxış etmirik. Hər oyundan-oyuna sağlamlığımı itirirəm. Belə futbol oynamaq heç də xoş deyil. Bizim daha yaxşı və başqa futbol oynamaq ehtimalımız da var. "Zirə"yə məğlub olmağımıza səbəb kimi ilk dəqiqələrdə buraxdığımız qolu göstərə bilərəm. Amma belə deyil. Məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı oynamaq üçün potensialımız var".