"Gözəl xatirələri və dostluqları özümlə aparıram" - Pedro Nuno
"Səbail"dən ayrılan Pedro Nuno klubla vidalaşıb.
Mediasport.az xəbər verir ki, bu barədə o, rəsmi "Instagram" hesabında paylaşım edib:
"Səbail"in formasını geyinmək mənim üçün böyük şərəf idi. Bütün komanda yoldaşlarıma, məşqçilərimə və əməkdaşlara dəstək və fədakarlıq üçün təşəkkür etmək istəyirəm. Buradakı gözəl xatirələri və dostluqları özümlə aparıram. Sevgi və sarsılmaz dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. “Səbail”dəki bu təcrübə unudulmaz oldu. Tezliklə görüşərik!"
Ötən ilin yayından "dənizçilər"in formasını geyinən Pedro komandada ümumilikdə 37 oyuna 11 qol vurub.